Göy Göl Lake Resort istirahət mərkəzi Azərbaycanın təbii sərtvətlərindən biri sayılan Göy Göl Milli Park ərazisində yerləşir. Kəpəz dağının şimal yamaclarında yerləşən milli park Azərbaycanın ən gözəl göllərindən biri sayılan Göy Göl adına layiq görülmüşdür. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsmişdir. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. Dağların, təpələrin, güllərin, çiçəklərin arasında yerləşən bu dağ gölü güzgü kimi mənzərəni özündə əks etdirir

Göy Gölün təbiəti yaşıl meşəliklərdən, çəmənliklərdən, otlaqlardan ibarətdir. Milli parkın ərazisində çay üzərində bir neçə kaskad göllər mövcuddur. Onlara aid olanlar – Zəligöl, Maralgöl, Ağgöl, Şamlıqgöl, Qaragöl, Ördək gölü, Güzgü göl, Qamışlı göl və s. Bu göllərə Milli Park daxilində yaradılmış turist cığırları vasitəsi ilə və sizə təklif olunan nəqliyyat vasitələrindən istifadə edərək ziyarət edə bilərsiniz.

GöyGöl Lake Resort 50 hektar ərazidə yerləşərək, otel xidməti üçün yararlı olan müxtəlif  kateqoriyalı 48 otaqdan ibarət 4 bina və 36 otaqdan ibarət koteclər ilə xidmətinizdədir.